Milli Məclisdə görüş


İyunun 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası parlamentinin üzvü Rouhollah Motefakker Azad ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, söhbət zamanı ölkələrarası və parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkənin qanunverici orqanları arasındakı əməkdaşlığın möhkəmləndirilməsi, deputatların beynəlxalq platformalarda mütəmadi görüşlərinin əhəmiyyətindən danışılıb.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyasının, bu çərçivədəki tədbirlərin və müzakirə olunan məsələlərin müsəlman dünyasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: