azturkxeber.az
http://azturkxeber.az

Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb

23-06-2026

Ağcabədi rayonunda itkin düşərək axtarışa verilən iki yeniyetmə polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tapılıb.

Azturkxeber.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, yeniyetmələrin naməlum istiqamətdə getməsi ilə bağlı daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində onların Bakı şəhərində olduqları yer müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı yeniyetmələrin itkin düşməsi ilə bağlı hər hansı kriminal halın müəyyən olunmadığı qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930