azturkxeber.az
http://azturkxeber.az

Ümumdünya Qaçqınlar Günü münasibətilə qaçqın ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkına ekskursiya təşkil edilib

20-06-2026



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir çərçivəsində 20 İyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə qaçqın ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkına ekskursiya təşkil olunub.

Azturkxeber.az-ın məlumatına görə, ekskursiya zamanı uşaqlar və onların valideynləri Bakı Zooloji Parkında yaradılmış şəraitlə yaxından tanış olub, təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunmasının əhəmiyyəti və heyvanlar aləmi barədə ətraflı məlumat əldə ediblər.

Tədbir çərçivəsində iştirakçılar üçün nahar təşkil olunub, uşaqlara xüsusi əyləncəli proqram təqdim edilib. Sonda uşaqlara müxtəlif hədiyyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930