azturkxeber.az
http://azturkxeber.az

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib

20-06-2026

 

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi iyunun 20-də Azərbaycana səfərə gəlib.

Azturkxeber.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında İordaniya parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Şahin Abdullayev, Ömər Bərəkət Əl-Nəhar və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək, ölkəmizin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər iyunun 26-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930