Aydın Hüseynov Qobustan qəsəbəsində seçicilərlə növbəti qəbul keçirib




19 iyun 2026-cı il tarixində Qaradağ rayonunun Qobustan qəsəbəsində seçicilərlə növbəti vətəndaş qəbulu keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, qəbul zamanı sakinlər qəsəbədə mövcud olan vəziyyət, qarşılaşdıqları problemlər, eləcə də həlli vacib hesab olunan məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Daha sonra vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılması və aidiyyəti qurumlar qarşısında qaldırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Görüşdə Qobustan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tarverdi Qurbanov və Qobustan qəsəbə bələdiyyəsinin sədri Osman Quliyev iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: