Ombudsmanların Beynəlxalq Bakı Sammiti işini plenar sessiyalarla davam etdirir

Ombudsmanların Beynəlxalq Bakı Sammiti plenar sessiyalarla öz işini davam etdirir.
Sammit çərçivəsində ilk plenar sessiya Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva moderatorluğu ilə keçirilir. Sessiya "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusuna həsr olunub.
Azturkxeber.az xəbər verir ki, müzakirələr zamanı süni intellekt texnologiyalarının insan hüquqlarının müdafiəsi və təşviqində yaratdığı yeni imkanlar, eyni zamanda şəxsi məlumatların qorunması, diskriminasiya riskləri, şəffaflıq və hesabatlılıq kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır. Sessiyada bu sahədə dövlətlərin, beynəlxalq təşkilatların və insan hüquqları institutlarının üzərinə düşən məsuliyyətlər də diqqət mərkəzində saxlanılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: