azturkxeber.az
http://azturkxeber.az

Nazir Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

18-06-2026

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, Nazir Məcnun Məmmədov Azərbaycan və Macarıstan arasında əlaqələrin, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri müzakirə olunub.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti (MATE) arasında ikili diplom proqramı ilə bağlı əməkdaşlıq, bu proqram çərçivəsində Azərbaycanda hər iki ali təhsil müəssisəsinin bazasında Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələsinə də toxunulub.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930