İddalı gənc yazar Nərgiz Rəhimova oxucularını heyrətə gətirdi






Bakıda gənc yazar Nərgiz Rəhimovanın (NEMESİSS) “Yeni Gündə Mən Olmayacam” kitabının təqdimat mərasimi keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, kitabın təqdimatı Bakı Kitapçı mağazasında baş tutub. Tədbirdə ziyalılar, ədəbiyyat nümayəndələri, yeni yazarlar və kitabsevərlər iştirak ediblər. Böyük maraqla qarşılanan təqdimatda müəllif kitabın yaranma tarixindən, əsərin ideyasından və personajların dünyasından danışıb.
Nərgiz Rəhimova qeyd edib ki, bu kitabı gənc yaşlarında yazmağa başlayıb:
“Lakin zaman keçdikcə hekayənin dərinliyi məni düşünməyə, araşdırmağa və hər detalın üzərində daha çox dayanmağa məcbur etdi.
Bu romanın səhifələrində həyatın özündən parçalar var: xəyanət, inamsızlıq, ümidsizlik, ağrı, peşmanlıq… Amma eyni zamanda ümid də var. Qaranlığın içində görünən kiçik bir işıq, insanı ayaqda saxlayan son ümid qığılcımı var.
Bu əsərdəki personajlar yalnız bir hekayənin qəhrəmanları deyil. Onlar həyatın müxtəlif üzlərini təmsil edir və oxucuya müəyyən mesajlar çatdırırlar. İnanıram ki, bu kitabı oxuyan hər kəs onun səhifələrində özündən bir parça tapacaq, hadisələri yaşayacaq və bəzən özünü Raulun yerinə qoyacaq.
Hər birinizə xoş mütaliə arzulayıram”.
Tədbir çərçivəsində müəllif oxucularla görüşüb, kitabsevərlərin suallarını cavablandırıb və əsərini imzalamaq üçün onlarla səmimi anlar yaşayıb.
Təqdimat ədəbiyyatsevərlər üçün yaddaqalan görüşlərdən biri kimi yadda qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: