azturkxeber.az
http://azturkxeber.az

Fərhad Abdullayev: "Ombudsman təsisatı insan hüquqlarının müdafiəsində mühüm rol oynayır"

18-06-2026

Azərbaycan Ombudsmanı insan hüquqlarının müdafiəsi sahəsində mühüm ictimai-hüquqi təminat mexanizmlərindən biri kimi fəaliyyət göstərir. Xüsusilə Ombudsman təsisatının vətəndaşlar üçün yüksək əlçatanlığı, hüquqi maarifləndirmə fəaliyyəti və dövlət orqanları ilə vətəndaşlar arasında körpü rolunu uğurla yerinə yetirməsi insan hüquqlarının müdafiəsinin səmərəliliyinə mühüm töhfə verir.

Azturkxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı söyləyib.

"Son illər Ombudsman Aparatı tərəfindən həyata keçirilən təşəbbüslər, beynəlxalq əməkdaşlıq layihələri və insan hüquqlarının təşviqi istiqamətində görülən işlər bu təsisatın nüfuzunu daha da artırıb”, - deyə F.Abdullayev qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930