Nərimanov rayonunda 9 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Azturkxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb. S.Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1112 ədəd prixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadələsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb. S.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: