azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət naziri Adil Kərimlinin UNESCO - nun Baş qərargahında səfəri başlayıb

15-06-2026

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Baş qərargahında keçiriləcək tədbirlərdə iştirak məqsədilə Paris şəhərinə səfər edib.

Azturkxeber.az xəbər verir ki, Səfər çərçivəsində UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani, UNESCO İcraiyyə Şurasının sədri Nasser bin Həməd Al Hinzab, UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti Khondker M. Talha və təşkilatın rəhbər şəxsləri ilə görüşlər nəzərdə tutulur.

Nümayəndə heyəti həmçinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məlumat sessiyasında və UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyasında iştirak edəcək.

Səfər çərçivəsində Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri, mədəni irsin qorunması və beynəlxalq mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930