azturkxeber.az
http://azturkxeber.az

Sabunçu rayonunda 46 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

10-06-2026

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 36 yaşlı Səddam Məmmədovdan 15 kiloqram, 39 yaşlı Elçin Hacıyev və tanışı 26 yaşlı Ayxan Abbasquliyevdən 11 kiloqram, 25 yaşlı Hafiz Tağıyevdən isə 20 kiloqrama yaxın marixuana, heroin və metamfetamin aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube linki: https://youtu.be/70zPthDjAlQ?si=7kgR4KeAGCtWS-u_






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930