Macarıstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Macarıstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli mayın 25-də Macarıstanın Budapeşt şəhərinə səfər edəcək.
Azturkxeber.az-ın məlumatına görə, komitə sədri səfər çərçivəsində Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə ölkəmizin Macarıstandakı səfirliyinin təşkil etdiyi tədbirə qatılacaq.
Səfər mayın 28-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: