Ədliyyə Nazirliyində vətəndaşların videoqəbulu keçirilib



Mayın 21-də Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Şəmkir, İmişli, Sumqayıt, Şəki, Gəncə və Lənkəran regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib.
Azturkxeber.az xəbər verir ki, virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr baş idarəsi və İnsan resursları idarəsinin fəaliyyət istiqamətləri ilə bağlı 9 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: