azturkxeber.az
http://azturkxeber.az

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

22-05-2026

Mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Azturkxeber.az xəbər verir ki, Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə daxil edilən üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il 13 may tarixdə keçirilən plenar iclasında ikinci oxunuşda qəbul edilib.

Sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda baxılmaq məqsədilə Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031