azturkxeber.az
http://azturkxeber.az

Bakıda CACFish-in regional ekspert görüşü keçirilib

21-05-2026

Bakıda Orta Asiya və Qafqaz Regional Balıqçılıq və Akvakultura Komissiyasının (CACFish) növbəti regional ekspert görüşü keçirilib. Tədbir balıqçılıq məlumatlarının toplanması sistemlərinin təkmilləşdirilməsinə həsr olunub və region ölkələrindən mütəxəssislərin iştirakı ilə baş tutub.

Azturkxeber.az xəbər verir ki, Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə toxunub. Nazir müavini ekspert görüşünün balıqçılıq sektorunda elmi əsaslı qərarverməyə müsbət təsir göstərəcəyinə ümid etdiyini ifadə edib.

Görüş zamanı iştirakçılar balıqçılıq məlumatlarının toplanması sahəsində mövcud çətinliklər, elektron informasiya sistemlərinin tətbiqi və regional məlumat mübadiləsinin inkişafı istiqamətində fikirlərini bölüşüblər. Ekspertlərin görüşü balıqçılıq idarəçiliyində daha səmərəli və vahid məlumat sisteminin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır. Tədbir regional əməkdaşlığın genişləndirilməsi, məlumat toplama sistemlərinin təkmilləşdirilməsi və ortaq elmi yanaşmaların inkişaf etdirilməsi baxımından mühüm platforma rolunu oynayır.

Qeyd edək ki, tədbir çərçivəsində 22 may – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçala rayonunda ekoloji aksiya təşkil olunacaq. Aksiya çərçivəsində Xəzər dənizinə balıq buraxılışı həyata keçiriləcək. Bu tədbir Xəzər hövzəsində bioloji müxtəlifliyin qorunması, su bioresurslarının davamlı istifadəsi və ekosistemlərin sağlamlığının gücləndirilməsi məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031