azturkxeber.az
http://azturkxeber.az

Səbinə Əliyeva: "Heç Kəs Diqqətdən Kənarda Qalmamalıdır"

20-05-2026

Ombudsman Səbinə Əliyeva: WUF çərçivəsində keçirilən tədbirlər zamanı əlilliyi olan şəxslərlə görüşmək, onların səmimi enerjisini və həyata baxışını yaxından hiss etmək mənim üçün xüsusi əhəmiyyət daşıdı.

Azturkxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman) Səbinə Əliyeva öz "Facebook " hesabında paylaşım edib.

Paylaşımda deyilir, bir daha əmin oldum ki, inklüziv cəmiyyət yalnız hüquqi anlayış deyil bu, hər bir insanın özünü dəyərli, bərabər və cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etdiyi həyat modelidir. Əlilliyi olan şəxslərin təhsildə, ictimai həyatda, şəhər mühitində və bütün digər sahələrdə fəal iştirakı insan hüquq və azadlıqlarının real təminatının ən vacib göstəricilərindəndir.

Cəmiyyətimizin inkişafı hər kəs üçün bərabər imkanların yaradılmasından keçir. Heç kəs diqqətdən kənarda qalmamalıdır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031