azturkxeber.az
http://azturkxeber.az

Putin və Si Cinpin Rusiya-Çin Əlaqələrinin Dərinləşdirilməsi Haqqında Birgə Bəyanat İmzaladı

20-05-2026

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya-Çin münasibətlərinin daha da dərinləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıblar.

Azturkxeber.az xəbər verir ki,Pekində keçirilən danışıqlardan sonra tərəflər çoxqütblü dünya nizamı ilə bağlı bəyannamə qəbul edib və imzalanma mərasimindən sonra media qarşısında açıqlamalar veriblər.

Si Cinpin bildirib ki, Rusiya-Çin danışıqları səmərəli, dostcasına və konstruktiv şəraitdə keçib, əsas məsələlər üzrə geniş strateji fikir mübadiləsi aparılıb.

Çin liderinin sözlərinə görə, Vladimir Putinin Çinə 25-ci səfəri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini və strateji xarakterini nümayiş etdirir. O vurğulayıb ki, Pekin və Moskva arasındakı əməkdaşlıq yeni mərhələyə qədəm qoyaraq böyük dövlətlər arasında tərəfdaşlıq modeli formalaşdırıb.

Məlumata əsasən, Rusiya prezidentinin səfəri çərçivəsində tərəflər müxtəlif sahələri əhatə edən 20 birgə sənəd imzalayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031