Prezident İlham Əliyev Azərbaycan Metrologiya İnstitutunun əməkdaşlarını “Tərəqqi” medalı ilə təltif etdi

Azərbaycan metrologiya sahəsinin inkişafında göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif olunub.
Azturkxeber.az xəbər verir ki,Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı şəxslər “Tərəqqi” medalına layiq görülüblər:
Bayramov Elnur Üzeyir oğlu
Bayramov Rasim Əhməd oğlu
Əzizov Əziz Məhəmməd oğlu
Həsənov Ramiz Qaroğlan oğlu
Qurbanov Azər Tengiz oğlu
Musayeva Şəhla Ziyəddin qızı
Osmanov Çingiz Məsim oğlu
Şirinov Namiq Paşa oğlu
Şirinova Mehriban Ramiz qızı
Bu təltif metrologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətə və xidmətlərə verilən yüksək qiymət kimi dəyərləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: