azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə səfər edib

20-05-2026

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.

Azturkxeber.az xəbər verir ki, ​səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Hər iki ölkədə həyata keçirilən birgə layihələrin və təlimlərin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyətinin Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10300 hərbi qulluqçunun iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə və gündüz mərhələlərində iştirakı planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031