azturkxeber.az
http://azturkxeber.az

Hüquqi maarifləndirmə

20-05-2026



“İnsan Hüquqları Aylığı” çərçivəsində Goranboyda hüquqi-maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkəmizdə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzinin və Goranboy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, rayon hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman qurumlarının nümayəndələrinin geniş iştirakı ilə Goranboy rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək, ölkə Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edildiyini bildirib.

Eyni zamanda, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti, “916” Çağrı Mərkəzi, Müvəkkilə müraciət qaydaları barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031