azturkxeber.az
http://azturkxeber.az

Heçkim bilməzdi

20-05-2026


O gülümsəyəndə içində neçə fırtınanı susdurduğunu…Göz yaşlarını gecələrə saxladığını, bəzi səhərlərə yorğun bir ürəklə oyandığını, öz içində min parçaya bölünüb yenə də üzünə təbəssüm qondurduğunu heç kim bilməzdi.Qırılıb…Dağılıb…Susub…İçinə sığmayan ağrıları qəlbinin ən dərin yerində daşıyıb.Bəzən həyat onun çiyinlərinə bir insanın daşıya biləcəyindən ağır yük qoyub.O isə həmin yükün altında əyilib, sınmayıb; yorulub, dayanmayıb; ağlayıb, yenə yoluna davam edib.

Bir gün yerə yıxılanda uzanan bir əl gözləyib.O əl gecikib…O an anlayıb ki, insan bəzən öz yarasına öz nəfəsi ilə məlhəm olmağı öyrənir.Öz içindəki boşluğa söykənməyi, qaranlıqla göz-gözə gəlib başıuca dayanmağı həmin yerdə öyrənib.

Yox, bu yolu özü seçməyib.Tale onu bu yoldan keçirib.Hər dəfə dizlərinin üstündən qalxıb; səssiz, dərin, inadkar bir möcüzə kimi yenidən doğulub.Çünki içində sönməyən bir qığılcım vardı.Qırıqlarının arasından süzülən bir işıq…Tükənməyən bir inam…Hər şeyə rəğmən qəlbini ayaqda saxlayan güclü bir qadın ruhu…

Bir qadın düşün…

Yalnızlığı ilə danışmağı öyrənib,

qırıqları ilə barışıb,göz yaşından utanmayıb,hər yıxılışından sonra daha güclü qalxıb.O, aynaya baxanda gözlərinin içində gördüyün, sükutunda min kəlmə gizlədən, hər ağrının içindən yenidən doğulan qadındır.

Bu sətirlərdən gözlərini qaçırma.Çünki bu yazı ən çox sənə bənzəyir.Sən düşündüyündən daha güclüsən.Sən ayaqda qalmağı bacardın; hər ağrının içindən yenidən doğuldun.Ən böyük savaşını da qazandın: özündən vaz keçmədin.Aynaya hər baxanda xatırla…Orada dayanan qadın ömrün ən ağır sınaqlarından keçib.Bəlkə yorğundur, bəlkə susqundur…Amma başıucadır.Eksilmədən, tükənmədən, yarım qalmadan bu günə gəlib.Bir gün o qadın daşıdığı işığı hər yerə yayacaq.Çünki o hələ buradadırsa, yol davam edir.O yol onun ürəyindən keçəcək, səbrindən güc alacaq, inamından boylanacaq və bir gün mütləq işığa çıxacaq.

O qadın sənsən...

Aygül Bağırova






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031