azturkxeber.az
http://azturkxeber.az

Böyük Qayıdış mənzil sektoruna düşən yükü azaldır

20-05-2026

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalinin qayıdışı ölkədə mənzil təminatına düşən yükün azalmasına mühüm töhfə verir.

Azturkxeber.az xəbər verir ki, bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası” mövzusunda dialoq sessiyasında çıxışı zamanı səsləndirib.

Nazirin sözlərinə görə, 2020-ci ildən sonrakı dövr əsasən Böyük Qayıdış Proqramı ilə xarakterizə olunur və 30 ildən artıq müddətdə məcburi köçkün həyatı yaşamış minlərlə insanın doğma torpaqlarına qayıtması mənzil sektoruna təzyiqi azaldır. Azərbaycanın bu sahədə əsas dərsi problemin əvvəlcə rəsmi şəkildə tanınması, daha sonra siyasi, sosial və iqtisadi amillər nəzərə alınmaqla həll modelinin hazırlanması olub.

Mikayıl Cabbarov bildirib ki, uğurlu nəticə əldə etmək üçün yerli icmaların dəstəyi, hökumətin siyasi iradəsi və özəl sektorun iştirakı ilə işlək iqtisadi modelin qurulması vacibdir.

Nazir əlavə edib ki, son illərdə çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib və əsas şəhərsalma tələblərinə cavab verən bəzi qeyri-rəsmi tikililər üçün amnistiya mexanizmləri tətbiq olunub. Bununla belə, qanunsuz tikililərin leqallaşdırılması ehtiyatla aparılmalıdır. Çünki sadə amnistiya qısamüddətli sosial problemləri həll etsə də, gələcəkdə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və kritik infrastruktur zonalarına təzyiqi artıra bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031