azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib

20-05-2026

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Azturkxeber.az xəbər verir ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin mayın 20-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2020-ci ildə mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satmaq məqsədilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən kənar daşınmasını həyata keçirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Babayev Səbutər Adil oğlunun yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Babayev Səbutər Adil oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyə Respublikasının Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031