“Azərpoçt” WUF13 forumunda Azərbaycan memarlığını poçt markaları ilə təqdim edib



WUF13 şəhərsalma forumunda AZCON Holding şirkətlərindən olan “Azərpoçt” da AZCON stendi qarşısında öz təqdimatını edib.
Azturkxeber.az xəbər verir ki, təqdimatda memarlığa həsr olunan poçt markalarından və filateliya sahəsindən bəhs edilib.
“Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova öz çıxışında bildirib: “Filateliya vasitəsilə Azərbaycan memarlığını, mədəniyyətini və dayanıqlı innovasiyalarını dünyaya çatdırmaq bizim üçün böyük qürurdur.”
Sonda mövzu ilə bağlı suallara düzgün cavab verən iştirakçılar mükafatlandırılıblar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: