azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanlı kata mütəxəssisləri Kodokan seminarında uğur qazanıblar

20-05-2026



Azərbaycanın kata üzrə ekspertləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Kodokan seminarında iştirak ediblər.

Azturkxeber.az xəbər verir ki, İsmayıl Rzayev, Rafiq Nəcəfov, İbrahim Aslanov və Samir İsmayılovdan ibarət heyət seminar çərçivəsində koşiki-no-kata və itsutsu-no-kata üzrə hazırlıq keçib. Tədris prosesinə Kodokan mütəxəssisləri Yoşiharu Makişi və Keniçi Şohida rəhbərlik edib.

Seminarın sonunda kata ekspertlərimiz itsutsu-no-kata üzrə imtahanı uğurla tamamlayaraq Kodokan sertifikatına layiq görülüblər.

Qeyd edək ki, bu katalar yüksək texniki hazırlıq və böyük təcrübə tələb edən, əsasən yüksək dan dərəcəli cüdoçular üçün nəzərdə tutulmuş proqramlar hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031