azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan universitetləri WUF13 çərçivəsində innovativ layihələrini nümayiş etdirirlər

20-05-2026

Azərbaycan universitetləri WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində dayanıqlı şəhər inkişafı, “ağıllı şəhər” həlləri və ekoloji innovasiyalar istiqamətində hazırladıqları layihələrlə təmsil olunurlar.

Azturkxeber.az xəbər verir ki, sərgidə Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti iştirak edir.

Universitetlər tərəfindən yaşıl enerji, robot texnologiyaları, rəqəmsal transformasiya və iqlim dəyişikliklərinə adaptasiya sahələrini əhatə edən elmi-tədqiqat və startap layihələri nümayiş etdirilir. Bununla yanaşı, ali təhsil müəssisələrinin tətbiqyönümlü innovativ təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları da ziyarətçilərə təqdim olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031