AXA sədri Sabirabadda aprobasiya prosesi ilə tanış olub



Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Sabirabad rayonunda aprobasiya prosesinin gedişatı ilə tanış olub.
Azturkxeber.az xəbər verir ki, Sərdar Hacıyev “Fructus Aqropark” MMC-nin toxumluq taxıl sahələrinə baxış keçirib. Bildirib ki, toxumçuluqda rəqəmsal həllərin tətbiqi məqsədilə yaradılan AXA Mobil tətbiqi vasitəsilə ilk dəfə olaraq aprobasiya prosesinin aparılması və nəticələrin sənədləşdirilməsi həyata keçirilir.
Qeyd edək ki, AXA Mobil tətbiqi sahədə məlumatların operativ və mərkəzləşdirilmiş şəkildə ötürülməsi, eləcə də nəticələrin elektron formada paylaşılması baxımından mühüm üstünlüklər təqdim edir.
Sonda aprobator və mütəxəssislərlə görülən işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Aprobasiya prosesinin mövcud təlimat və normativ tələblərə uyğun, vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: