ADY-dən Bakı-Tbilisi qatarları ilə bağlı yenilik



Bakı-Tbilisi-Bakı reysləri "Stadler" markalı müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.
Azturkxeber.az xəbər verir ki, ADY-nin sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov “APA Economics”ə müsahibəsində yeni nəsil qatarların üstünlüklərindən danışıb:
Yeni nəsil vaqonlar sərnişinlərə daha yüksək komfort, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti təqdim edir. Əvvəlki dövrdə istifadə olunan “plaskart” vaqonlar bu qatarların tərkibində mövcud deyil. Yeni model daha çox komfortlu gecə səfəri konsepsiyasına əsaslanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: