azturkxeber.az
http://azturkxeber.az

Avropa Liqası: "Qarabağ"ın mübarizəyə hansı mərhələdən başlayacağı bəlli olub

16-05-2026

Avropa Liqası: "Qarabağ"ın mübarizəyə hansı mərhələdən başlayacağı bəlli olub

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Bu raundun püşkü iyunun 16-da atılacaq, oyunları isə iyulun 9-da və 16-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXXII turunda “İmişli”ni 3 cavabsız qolla məğlub edən "Qarabağ"ın (66 xal) mövsümü 2-ci pillədə başa vuracağı dəqiqləşib. Bu gümüş medal klub tarixinə Azərbaycan çempionatlarında 20-ci mükafat kimi düşüb. 12 "qızıl" və 3 "bürünc"ü olan “Qarabağ” 5-ci dəfə "gümüş"ə sahib çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031