azturkxeber.az
http://azturkxeber.az

Tbilisi prospektində yeni nəqliyyat infrastrukturu istifadəyə verildi

14-05-2026

Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb.
Azturkxeber.az xəbər verir ki, layihə çərçivəsində aşağıdakı dəyişikliklər həyata keçirilib:
• Sola dönən nəqliyyat vasitələri üçün hər iki istiqamətdə axından ayrılmış xüsusi zolaqlar yaradılıb;
• Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində işıqforlar quraşdırılıb;
• Nizamlanan piyada keçidləri təşkil olunub;
• Əlilliyi olan şəxslərin rahat hərəkəti üçün panduslar inşa edilib.
Layihəyə əsasən, Tbilisi prospektində Ə.Salamzadə küçəsi ilə kəsişmə istiqamətində avtobus zolağı təşkil olunub.
Nəticədə ictimai nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031