azturkxeber.az
http://azturkxeber.az

Filarmoniyada Heydər Əliyevin 103 illiyinə həsr olunan möhtəşəm konsert keçirilib

11-05-2026

 
 
10 may M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu.
 
Azturkxeber.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə yüksək peşəkarlıqla çıxış edərək Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqram dinləyicilərə təqdim etdi. Proqramda səslənən əsərlər milli musiqimizin zənginliyini, xalqımızın qüdrətini, vətən sevgisini və mənəvi gücünü dolğun şəkildə tərənnüm edirdi.
Konsert Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım!” əsəri ilə başlanaraq salonda yüksək ruh və qürur hissi yaratdı. Daha sonra Qara Qarayev “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Vals”, Arif Məlikov “Məhəbbət əfsanəsi” baletindən fraqmentlər, Soltan Hacıbəyov “Karvan” simfonik lövhəsi və Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri səsləndirildi.Milli ruhla zəngin olan bu əsərlər dinləyicilər tərəfindən böyük rəğbət və alqışlarla qarşılandı.
Ulu Öndərin Azərbaycan mədəniyyətinə, incəsənətinə və milli musiqimizin inkişafına göstərdiyi misilsiz qayğı konsert boyu səslənən hər bir əsərdə öz əksini tapdı.Bu əlamətdar gün dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz ehtiramın, Azərbaycan dövlətçiliyinə və milli-mənəvi dəyərlərimizə sədaqətin bədii ifadəsinə çevrildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031