Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə mediaturlar təşkil edilib.
Azturkxeber.az xəbər verir ki, mediaturlar çərçivəsində qonaqlara Hərbi liseylər haqqında geniş məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin hazırlanmasında Hərbi liseylərin müstəsna rolu var.
Bu gün Ordumuzun peşəkar kadrlarla təmin olunmasında məhz Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.
Mediaturlar zamanı qonaqlar Hərbi liseylərin ərazisindəki Heydər Əliyev muzeyləri, tədris korpusları, kursant yataqxanaları, yeməkxanalar, idman kompleksləri, tibb məntəqələri və digər inzibati binalarda çəkilişlər aparıb, liseyin kursant və müəllim heyətindən müsahibələr alıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.