azturkxeber.az
http://azturkxeber.az

“Azərpoçt”da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

09-05-2026

 
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirilib.
 
Azturkxeber.az-ın məlumatına görə, tədbirin əvvəlində Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixinə xidmətlərindən bəhs edən videoçarx nümayiş olunub.
 
Çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edən Manaf Babayev Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin olunması və milli inkişaf strategiyasının formalaşdırılması istiqamətində misilsiz xidmətlərindən danışıb. O bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın güclü dövlət kimi inkişafında mühüm rol oynayıb.
 
Tədbirin digər iştirakçıları da Ulu Öndərin müstəqil Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutduğunu və onun siyasi irsinin bu gün də ölkəmizin inkişafına istiqamət verdiyini qeyd ediblər.
 
Tədbirdə təqdim olunan videoçarxı diqqətinizə çatdırırıq: bit.ly/4cZfMqH






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031