azturkxeber.az
http://azturkxeber.az

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib - VİDEO

30-04-2026

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Azturkxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə XTQ-nin rəhbərliyi və bir qrup hərbi qulluqçu Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstünü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək xatirələrinə dərin ehtiramlarını bildiriblər.

Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun nümayəndələri, XTQ-nin hərbi qulluqçularının iştirak etdiyi təbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri tədbir iştirakçılarına çatdırılıb.

Çıxış edənlər Ulu Öndərin tapşırığı ilə yaradılan XTQ-nin tarixindən danışıb, torpaqlarımızın düşmən işğalından azad edilməsində şəxsi heyətin göstərdikləri şücaətlərdən söhbət açıblar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin XTQ-yə böyük əhəmiyyət verdiyi, 44 günlük Vətən müharibəsi və digər əməliyyatlarda xüsusi təyinatlıların qəhrəmanlıq nümunələrinin hər zaman yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

Xüsusi Təyinatlı döyüşçülər bu gün də Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını, Vətənə hər zaman şərəflə xidmət edəcəklərini və göstərilən etimadı doğruldacaqlarını əminliklə qeyd edərək, XTQ-də xidmətlərindən qürur hissi ilə danışıblar.

Xüsusi təyinatlılara həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıblar.

Şəhid ailələri və yaxınları dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.

Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 27-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930