azturkxeber.az
http://azturkxeber.az

WUF13 öncəsi Bakıda hotellər üçün xüsusi hazırlıq proqramı təşkil olunub

30-04-2026


Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotel Assosiasiyasının birgə təşkilatçılığı ilə 20-30 aprel tarixlərində Bakı şəhəri və Abşeron rayonu üzrə yerləşmə vasitələrinin rəhbər heyəti üçün “Hotel idarəçiliyinin əsasları” mövzusunda maarifləndirici proqram təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, proqramın əsas məqsədi cari ilin may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəyə gələcək qonaqların yüksək səviyyədə qarşılanmasını təmin etmək, eyni zamanda yerləşmə vasitələrinin idarəçilərinin peşəkar bilik və bacarıqlarını artırmaqla hotellərdə xidmət keyfiyyətinin, gigiyena və təmizlik standartlarının, eləcə də ümumi idarəetmə səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir.

Layihə çərçivəsində hotellərin rəhbər heyətinə sahə üzrə təcrübəli ekspertlər tərəfindən xidmət keyfiyyətinin artırılması, qonaq məmnuniyyəti göstəriciləri, davranış standartları, komanda idarəçiliyi, xidmət və ünsiyyət modelləri kimi mövzuları əhatə edən 3 modullu ödənişsiz maarifləndirici sessiyalar təqdim olunub.

Tədbirin sonunda Azərbaycan Turizm Bürosunun sədr müavini Rəşad Əliyev, Sənayenin inkişafı departamentinin direktoru Nərmin Aktaş və Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Əsmər Şabanova tərəfindən proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, yerli qonaqpərvərlik sənayesində xidmət keyfiyyətinin yüksəldilməsi, qonaq məmnuniyyətinin artırılması, yerli və beynəlxalq standartların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət mütəmadi olaraq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930