azturkxeber.az
http://azturkxeber.az

Qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir

30-04-2026

Məktəb bufetlərinə nəzarətin gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunmasının təmin edilməsi və şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviqi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən maarifləndirici tədbirlər davam etdirilir.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, növbəti görüş Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri, habelə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında qida bloku olan ümumi təhsil müəssisələrinin rəhbərləri və məsul şəxslərinin iştirakı ilə keçirilib.

Tədbirdə agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələbləri, məktəb bufetlərində tətbiq olunan sanitar-gigiyenik və texniki-normativ qaydalar barədə ətraflı məlumat verilib. Qida məhsullarının düzgün saxlanması, daşınması və istehlak şərtləri, həmçinin qida zəhərlənmələrinin profilaktikası və qarşısının alınması yolları izah olunub. Sağlam qidalanma prinsipləri və keyfiyyətli qidanın gənc nəslin fiziki inkişafında rolu diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930