azturkxeber.az
http://azturkxeber.az

Komitə sədri: Ümummilli Liderin müəyyənləşdirdiyi strateji kurs bu gün müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir

30-04-2026

Komitə sədri: Ümummilli Liderin müəyyənləşdirdiyi strateji kurs bu gün müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir

Son 30 il ərzində müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı prosesində insan kapitalına yönəlik siyasətin də mərhələli şəkildə formalaşdığını və bu gün artıq sistemli bir xarakter aldığını aydın görürük. Bu inkişafın ilk 8 ili mürəkkəb, məsuliyyətli və taleyüklü bir mərhələ olub.

Azturkxeber.az xəbər verir ki, bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, həmin dövrdə dövlət institutlarının formalaşdırılması ilə yanaşı, sosial siyasətin əsas istiqamətləri müəyyən edilib, ailə institutunun qorunması, qadınların cəmiyyətdə rolunun artırılması və uşaqların hüquqlarının müdafiəsi prioritet kimi irəli sürülüb. Sonrakı mərhələdə, xüsusilə ötən 20 il ərzində bu siyasət keyfiyyətcə yeni dövrə qədəm qoyub, institusional, hüquqi və praktiki mexanizmlərlə təmin olunub, ölçüləbilən nəticələri ilə dövlət siyasətinin aparıcı istiqamətinə çevrilib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Bu kursun mərkəzində insan amili dayanır və bu yanaşma dövlət siyasətinin bütün istiqamətlərində öz əksini tapır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930