azturkxeber.az
http://azturkxeber.az

FAO ilə birgə Azərbaycanda FDMS-in təkmilləşdirilməsi imkanları müzakirə olunub

30-04-2026

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində Aqrar Tədqiqatlar Mərkəzində görüş keçirilib.

Azturkxeber.az-a verilən məlumata görə, görüşdə Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, direktorun müşaviri Pərviz Əliyev, əməkdaşlar Vüsalə Babayeva, Gündüz Məmmədov, Gülnar Çələbiyeva, həmçinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı iştirak ediblər.

FAO-nun Siyasət üzrə mütəxəssisi Dmitry Zviagintsev və Təsərrüfat Məlumatlarının Monitorinq Sistemi (FDMS) üzrə eksperti Eduard Matveev ilə keçirilən görüşdə Azərbaycanda Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sisteminin (FDMS) təkmilləşdirilməsi imkanlarına dair müzakirə aparılıb.

Müzakirələr zamanı Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sisteminin (FDMS) Azərbaycanda tətbiqi, məlumatların toplanması və təhlili mexanizmləri, eləcə də beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı FDMS-in kənd təsərrüfatı sahəsində qərarvermə prosesinə verə biləcəyi töhfələr, systemin funksional imkanları və gələcək əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930