azturkxeber.az
http://azturkxeber.az

Braziliyalı investorların Azərbaycanda iqtisadi zonalara cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb

30-04-2026

Braziliyalı investorların Azərbaycanda iqtisadi zonalara cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb

Almaniyada keçirilən “Hannover Messe 2026” beynəlxalq sənaye sərgisi çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (“ApexBrasil”) arasında görüş təşkil edilib.

AZPROMO-dan bildirilib ki, görüş zamanı Azərbaycan və Braziliya arasında çoxtərəfli əməkdaşlığa dair Yol Xəritəsi çərçivəsində görülən işlər müzakirə olunub. Xüsusilə Azərbaycan iş adamlarının “Buyers Project” proqramında iştirakı imkanları, investisiya əməkdaşlığının genişləndirilməsi, Braziliya Milli İqtisadi və Sosial İnkişaf Bankı (BNDES) ilə əlaqələrin inkişaf etdirilməsi, eləcə də braziliyalı investorların Azərbaycanda fəaliyyət göstərən iqtisadi zonalara cəlb olunması məsələləri, həmçinin qarşılıqlı investisiya layihələrinin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Hannover Messe 2026” sərgisi dünyanın aparıcı sənaye və texnologiya sərgilərindən biri kimi innovativ həllərin təqdimatı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni biznes tərəfdaşlıqlarının qurulması baxımından mühüm platforma hesab olunur. Sərgidə Azərbaycanı Ələt azad iqtisadi zonası stendlə təmsil edib.

“Buyers Project” xarici alıcıları Braziliyaya dəvət edərək yerli şirkətlərlə B2B görüşlər təşkil etməklə ixracın və beynəlxalq biznes əlaqələrinin inkişafını təşviq edən mexanizmdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930