azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

30-04-2026

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda paytaxtımızda keçirilən beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı aprelin 30-da Milli Məclisdə olub.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əvvəlcə plenar iclas zalı ilə tanış olan qonaqlara parlamentin tarixi, fəaliyyəti, burada işin təşkili və onun strukturları haqqında ümumi məlumat verilib.

Sonra qonaqlar Milli Məclisin inzibati binasını gəziblər. Müstəqil Azərbaycanın memarı, Ümummilli Liderin adını daşıyan Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Ziyarətçilər Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun Milli Məclisin foyesində yaratdığı “Çiçəklən, doğma Azərbaycan” adlı divar rəsmi ilə də tanış olaraq, əsərin tarixi barədə məlumat əldə ediblər.

Sonra qonaqlar Milli Məclisin foyesində spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar, inzibati binanın 15-ci mərtəbəsindəki “Xəzər salonu”ndan Bakının mənzərəsini seyr ediblər.

Söhbət zamanı ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.

Qonaqları Milli Məclisin deputatları Kamal Cəfərov, Pərvanə Vəliyeva, Səbinə Xasayeva və digər rəsmi şəxslər müşayiət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930