azturkxeber.az
http://azturkxeber.az

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında memorandum imzalanıb

30-04-2026

BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında memorandum imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb.

BDU-dan bildirilib ki, memorandumda hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur.

Sənəddə elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planları və sillabusların işlənməsi, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də öz əksini tapıb.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Özbəkistanın İnnovasiya Texnologiyaları Universitetinin rektoru Anvar Azamov imzalayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930