azturkxeber.az
http://azturkxeber.az

BDU ilə Türkiyənin Ərciyəz Universiteti arasında anlaşma memorandumu imzalanıb

17-04-2025

BDU ilə Türkiyənin Ərciyəz Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Ərciyəz Universiteti arasında anlaşma memorandumu imzalanıb.

BDU-dan bildirilib ki, memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Ərciyəz Universitetinin rektoru Fatih Altun imzalayıblar.

Əsası 1978-ci ildə qoyulmuş Ərciyəz Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir.

Ərciyəz Universiteti “QS Dünya Universitetləri Reytinqi”ndə 1201-1400-cü pillələrdə qərarlaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930