azturkxeber.az
http://azturkxeber.az

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik start götürüb

29-04-2026

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin Baş idarə və idarələri arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan minifutbol üzrə birinciliyə start verilib.

Azturkxeber.az xəbər verir ki, əvvəlcə birinciliyin püşkatma mərasimi keçirilib. Mərasimdə iştirakçı komandaların nümayəndə heyətləri, hakimlər və komissiyanın üzvləri iştirak ediblər.

Qeyd edək ki, yarışda ümumilikdə 15 komanda mübarizə aparır.

Oyunlar Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi Nail Nağıyev və MOİK-in qurumlar üzrə baş məşqçisi Elnur Əliyev tərəfindən idarə olunur.

Qrup oyunları başa çatdıqdan sonra hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinal mərhələsinə yüksələcəklər. Bu mərhələnin qalibləri birincilik uğrunda final görüşündə mübarizə aparacaqlar.

Sonda qalib komandalar mükafatlandırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930