azturkxeber.az
http://azturkxeber.az

Şabran və Siyəzən sakinlərinin müraciətləri dinləniləcək

29-04-2026

Şabran və Siyəzən sakinlərinin müraciətləri dinləniləcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 8-də Şabran rayonunda Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 29 aprel - 5 may tarixlərində nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930