azturkxeber.az
http://azturkxeber.az

Zərifə Əliyeva – Bir ömrün işığı, bir xalqın qüruru

28-04-2026

28 aprel görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü yalnız bir şəxsin doğum günü kimi yox, eləcə də bir ömrün işığı, bir insanın qəlbində daşıdığı böyük sevgi və xalqına xidmət kimi xatırlanır. Elə insanlar var ki, onların həyatı onlarla kitaba belə sığmır, çünki onların ömrü sadəcə illərlə deyil, gördükləri işlərlə ölçülür. Hər bir insana yaddaşlara həkk olmaq, iz qoymaq nəsib olmur. Amma elə insanlar da var ki, zaman keçdikcə onun izləri silinmir, əksinə daha da dərinləşir. İz qoymaq üçün heç də səs-küylü olmaq lazım deyil. Bəzən səssiz, amma qətiyyətli addımlar daha böyük izlər buraxır. Belə insanlardan biri də məhz Zərifə xanım Əliyevadır. Bu ad etimadın, zəhmətin, fədakarlığın simvoluna çevrilib. Zərifə xanım Əliyeva həyatını elmə həsr etmişdir. Onun elmi fəaliyyəti sadəcə bir peşə deyildi - insan gözünün nurunu qorumaq, bir insanın dünyaya baxışını yenidən işıqlandırmaq.

İnsanı böyük edən yalnız onun peşəsi deyil, həm də onun yetişdiyi mühit, aldığı tərbiyə və dəyərlərdir. Zərifə xanım zəngin, mənəvi dəyərlərə malik bir ailədə böyümüş, bu dəyərləri ömrü boyu yaşatmışdır. Onun ailəyə olan bağlılığı, sadəliyi və səmimiyyəti onu daha da ucaltmışdır. Belə ki, o, yalnız görkəmli alim yox, həm də qayğıkeş ana, sədaqətli həyat yoldaşı idi. Ailə onun üçün bir dayaq, bir güc mənbəyi idi. O, ailəsinə göstərdiyi diqqət və sevgini cəmiyyətə də ötürə bilirdi. Beləliklə onun həyatında elm və insanlıq, zəka və mərhəmət, sadəlik və böyüklük arasında bir tarazlıq mövcud idi. Onu fərqli edən bəlkə də məhz bu idi.

Gəlin onun bizə buraxdığı dəyərləri unutmayaq, gələcək nəsillərə ötürək.

103 il... Bu sadəcə bir rəqəm yox, bir ömrün bu günə uzanan işığıdır.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930