azturkxeber.az
http://azturkxeber.az

Şuşa İƏT ekspertlərini bir araya gətirib: turizmə strateji baxış formalaşdırılır

28-04-2026

Şuşa İƏT ekspertlərini bir araya gətirib: turizmə strateji baxış formalaşdırılır

Aprelin 28-də Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası keçirilib.

Tədbirdə İƏT-ə üzv ölkələrin nümayəndə heyətləri, turizm üzrə ekspertlər və aidiyyəti qurumların təmsilçiləri iştirak ediblər.

İclasda sədrin seçilməsi, gündəliyin təsdiqi və işçi mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

İclasın gündəliyinə uyğun olaraq İƏT Turizm Nazirlərinin 7-ci görüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul edilmiş qərarların icra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər, eləcə də 2030-cu il üzrə İƏT turizm paytaxtının müəyyənləşdirilməsi məsələləri nəzərdən keçirilib.

Eyni zamanda, Turizm Nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul olunması nəzərdə tutulan “Şuşa Bəyannaməsi”nin layihəsi üzrə müzakirələr aparılıb və sənədin məzmunu ilə bağlı təkliflər irəli sürülüb.

Turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasının nəticələri aprelin 29-da keçiriləcək Turizm Nazirlərinin 7-ci iclasının gündəliyinə təqdim olunacaq.

Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib.

Turizm tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi” ilə bağlı Tədbirlər Planından irəli gələn fəaliyyətlər çərçivəsində təşkil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930