azturkxeber.az
http://azturkxeber.az

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib

28-04-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl rayonunda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bilbirilib ki, görüş həmin ərazilərdə məşğulluq imkanlarının artırılması və sahibkarlarla əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsinə həsr edilib.

İşəgötürənlərə Agentliyin fəaliyyət sahələri, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı üçün görülən işlər, məşğulluq proqramları və sahibkarlara təqdim olunan dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, kvotadan əlavə iş yerlərinin yaradılması proqramı və Qarabağ Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti barədə təqdimatlar edilib. Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi də əsas məşğulluq tədbirlərindəndir.

İşəgötürənlərin sualları da cavablandırılıb, onların təklifləri dinlənilib, görüləcək birgə işlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930