ADY 2–3 may tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir

Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını nəzərə alaraq 2 və 3 may tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Bu barədə Azturkxeber.az-a ADY mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sözügedən reyslər üzrə biletlər 10% endirimlə ADY-nin rəsmi kassalarından, rəsmi internet saytından və “ADY Mobile” tətbiqindən əldə edilə bilər.
ADY qeyd edir ki, Bakı–Qazax–Bakı marşrutu üzrə də gündəlik qatar səfərləri təşkil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: