azturkxeber.az
http://azturkxeber.az

XTQ-də qanvermə aksiyası keçirilib

27-04-2026

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 27-ci ildönümü ərəfəsində N hərbi hissəsində könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qanvermə aksiyasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Qan Bankının mobil şəraitdə qan tədarükü şöbəsinin həkim-tibb heyəti tərəfindən donorların sağlamlıqları yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunması üçün aidiyyəti üzrə təhvil veriləcək.

Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının yaradılması, cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, o cümlədən qan və qan komponentləri ehtiyatının davamlı şəkildə təmin olunmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930